07533e61-6e6b-4037-8f52-579515655c9b..jpg

Deputatlar üçün yeni qadağa müəyyənləşir

Baxış sayı: 548 dəfə baxılıb.

Deputatlar üçün yeni qadağa müəyyənləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarından xaric edilmiş,
məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə
görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola
bilməyəcəklər.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
“Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər
müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və
arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş,
ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər
arbitr ola bilərlər.

Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı,
ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll
edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi
tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.

Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün
əlavə tələblər müəyyən edilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə
üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan
Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya
götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud
nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il
(arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya
məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə
görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq
mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında
hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun
xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək
münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə
Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.

Source link