Diabet xəstələri Küveytdə yaşaya bilməyəcək

Diabet xəstələri Küveytdə yaşaya bilməyəcək

Baxış sayı: 3. 179 dəfə baxılıb.

Küveytə iş dalınca gələn, xərçəng, diabet və bir sıra digər yoluxucu xəstəliklərə düçar olmuş xarici vətəndaşlara yaşamaq icazəsi olan sənəd verilməyəcək.  

Bu barədə ÇıxışYolu.Com “Al Arabiya” saytına istinadən xəbər verir.

Bütövlükdə Küveyt Səhiyyə Nazirliyi ölkədə daimi yaşamaq hüququndan məhrum edən 22 xəstəlik növü müəyyənləşdirib. Onların sırasına böyrək çatışmazlığı, görmə qabiliyyətilə bağlı problemlər, yüksək qan təzyiqi, ishal da daxildir.

Yaşamaq icazəsi olan sənədi artıq əldə edənlər bu xəstəliklərə tutulduğu təqdirdə, ölkədən xaric edilməyəcəklər.

Yeni tədbirlər səhiyyə sahəsindəki xərclərin azaldılmasına, həmçinin ölkəyə iş qabiliyyətli mühacirlərin gəlməsinin təmin edilməsinə yönəldilib. Səhiyyə Nazirliyi bildirib ki, bu qərar hələ 2001-ci ildə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (FKƏDƏŞ) aldığı qərara uyğundur. 

Əvvəllər Küveyt ölkəyə gələn və ya ölkədən gedənlərlə bağlı qadağaların qoyulmasında beynəlxalq  qanunlara uyğun  hərəkət edib. Buraya QİÇS, herpes, B və G hepatiti, malyariya, cüzam, sifilis, vərəm və honoreya xəstəliklərinə tutulanlar aid idi. Lakin ilk dəfədir ki, yoluxucu xəstəliklərə tutulmuş insanların ölkəyə gəlməsinə qadağa qoyulur. 

2017-ci ilin payızında Küveyt son 20 ildə ilk dəfə olaraq mühacirlər üçün tibbi xidmətin qiymətini artırıb. Bir sıra parlament üzvlərinin Fars körfəzi dövlətlərinin neftdən gələn gəlirlərin azaldılması ucbatından aşağı qiymətlərlə və ya pulsuz tibbi xidmətin göstərilməsinin mümkünsüzlüyü haqqında bəyanatla çıxış etmələrindən sonra bu baş verib.

Onlar qeyd edib ki, əhalisini 70%-ni mühacirin təşkil etdiyi ölkədə bu cür tədbirlər səhiyyə sahəsinin payına düşən yükün azaldılmasına kömək edəcək.

www.ÇıxışYolu.Com