c6c38a50-85d3-4770-9c4b-46b9ed41ec95..jpg

DİN: “Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar əsassızdır”

Baxış sayı: 631 dəfə baxılıb.

DİN: “Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar
əsassızdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın
tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə
Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb”.

Bunu Cixisyolu.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin
Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, həmin məktəbli və valideyni müəyyən olunub:

“Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam
əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o,
məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb
qorxub.

Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də
onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb. Qeyd olunanları nəzərə
alaraq iddiaları təkzib edirik”.

Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhərində bir məktəbliyə naməlum qadın
tərəfindən narkotik maddə vurulması ilə bağlı məlumatlar yayılıb.

İlhamə Əbülfət

Source link