Dini tədris müəssisələri ilə bağlı yeni cərimələr qüvvəyə minib

Dini tədris müəssisələri ilə bağlı yeni cərimələr qüvvəyə minib

Baxış sayı: 2. 737 dəfə baxılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə cərimələr tətbiq olunacaq.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.

www.ÇıxışYolu.Com