fa7bc36f-0102-4f50-a6cf-acef31581122..jpg

Dolf Lundqren ilk dəfə xərçəng diaqnozundan danışdı – FOTO

Baxış sayı: 1. 248 dəfə baxılıb.

Dolf Lundqren ilk dəfə xərçəng diaqnozundan danışdı – FOTO

Hollivud aktyoru, “Universal Əsgər” filmilə şöhrət qazanmış Dolf Lundqren ilk
dəfə qorxunc diaqnozundan danışıb.

65 yaşlı sənətçi bildirib ki, 2015-ci ildə ona böyrək xərçəngi diaqnozu
qoyulub. “Həkimlər böyrəyimdə bir şiş tapdılar və onu çıxardılar, sonra
biopsiya etdilər və bədxassəli olduğu ortaya çıxdı”, – deyə Lundqren bildirib.

Görülən tədbirlərə baxmayaraq, 2020-ci ildə həkimlər onun böyrək və
qaraciyərində 6 metastaz aşkar ediblər. Neoplazmaların cərrahi yolla
çıxarılması üçün çox böyük olduğu müəyyən edilib. Döyüş ustası kimyaterapiya
kursuna başlamalı olub.

Müalicə nəticəsində şişlərin ölçüləri 20-30 faiz azalıb və aktyor əməliyyat
sayəsində xəstəliyə qalib gəlib.

Mənbə: lenta.ru

Source link