Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi

Dörd seçki məntəqəsinin nəticələri ləğv edildi

Baxış sayı: 2. 249 dəfə baxılıb.

Prezident seçkiləri ilə bağlı dörd seçki məntəqəsinin nəticələri ləğv edilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yekun vurulması ilə bağlı iclasında qəbul edilib.

“57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub”, – MSK-nın sədr müavini Natiq Məmmədov deyib.

Onun sözlərinə əsasən, buna səbəb həmin məntəqələrdə qanun pozuntularının aşkar edilməsidir.

www.ÇıxışYolu.Com