346a8749-7bfd-49cb-b309-893bf4a1df84..jpg

“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin rəhbərliyi dəyişib

Baxış sayı: 431 dəfə baxılıb.

“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin rəhbərliyi dəyişib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və
Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad
edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.

Xatırladaq ki, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST
Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə
yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında
məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş
şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından
istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının
inkişaf etdirilməsidir.

Source link