Dövlət departamentində qəfil dəyişikliyin səbəbi məlum oldu

Dövlət departamentində qəfil dəyişikliyin səbəbi məlum oldu

Baxış sayı: 2. 288 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp dövlət departamenti və mərkəzi kəşfiyyat idarəsinin rəhbərlərini Şimali Koreya lideri ilə danışıqlar üçün yeni komanda formalaşdırmaq məqsədi ilə dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evdə olan mənbəyə istinadən məlumat yayıb.  

Onun sözlərinə görə, Tramp yeni dövlət katibinin KXDR nümayəndələr ilə görüşdən və ticarət sahəsində danışıqlardan əvvəl vəzifəsinin icrasına başlamasını istədiyini bildirib.

Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamada  Reks Tillersonun istefası məsələsinin uzun müddət müzakirə olduğunu diqqətə çatdırıb. Bunun fikir ayrılıqları ilə əlaqədar olduğu bildirilir.

Buna misal kimi prezident İranla bağlanmış nüvə sazişini göstərib. Trampın sözlərinə görə, o, müqaviləyə xitam vermək niyyətində olsa da, Tillerson sənəddə hər şeyin qaydasında olduğunu hesab edib.

Qeyd edək ki, bundan əvvəl martın 13-də Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərdiyini elan edib. Bu vəzifəyə Mərkəzi kəşfiyyat idarəsinin direktoru Mayk Pompeko gətiriləcək. Kəşfiyyat orqanına isə idarənin tarixində ilk dəfə olaraq qadın – Cina Haspel başçılıq edəcək.  

.
www.ÇıxışYolu.Com