b6843c43-e6d1-4b5e-9349-f6a1933e2277..jpg

Dövlət başçısı: “Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib”

Baxış sayı: 824 dəfə baxılıb.

Dövlət başçısı: “Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib”

“Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya
xatirə lövhəsi vurulub, Bakının küçələrindən birinə onun adı verilib. Eyni
zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə
ucaldılır”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev fevralın 8-də
görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında
bildirib.

“Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar
onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq
ki, Heydər Əliyev Azərbaycan ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan
sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu
siyasətdən uzaq bir insan idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev, həmçinin bildirib:

“Tofiq Quliyev, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet
dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız,
hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq.
Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər
böyük insani keyfiyyətlərə malik idi”.

Source link