Dron ABŞ milli parkında böyük yanğına səbəb oldu

Dron ABŞ milli parkında böyük yanğına səbəb oldu

Baxış sayı: 3. 204 dəfə baxılıb.

ABŞ Arizona ştatında dronu ehtiyatsız idarə edərək, Kokonino milli parkında 120 hektar sahədə yanğın səbəb olmuş vətəndaşa qarşı cinayət işi açılıb.   

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Uçan aparat Kenrdik-Park adlandırılan ərazidə sərt enişdən sonra alışıb yanmağa başlayıb və qısa müddət ərzində quru otlaqlar alova bürünüb.

30-a yaxın xilasedici bir gün ərzində alovla mübarizə aparıb.

 Məhkəmədə günahı sübuta yetiriləcəyi təqdirdə dronun sahibini ən yaxşı halda ictimai işlər, ən pis halda isə həbs cəzası gözləyəcək.

 Xatırladaq ki, ötən il ABŞ-da yemək bişirmək üçün ocaq qalamaqla Arizonada güclü meşə yanğınına səbəb olmuş səfil kişi 12 ay müddətinə həbs olunmuş və 12 min dollar məbləğində cərimələnmişdi.

.
www.ÇıxışYolu.Com