e1b96fee-0156-4c80-8538-40c8e84f4b29..jpg

DTX-nin saxladığı erməni terrorçu: “Xocalı soyqırımı qurbanlarının bir qismi Qarqarçayın sahilində basdırılıb”

Baxış sayı: 555 dəfə baxılıb.

DTX-nin saxladığı erməni terrorçu: “Xocalı soyqırımı qurbanlarının bir qismi
Qarqarçayın sahilində basdırılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə
silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə
terrorçuluq əməlləri törətməkdə şübhəli bilinərək Kəlbəcər rayonunun Qozlukörpü
kəndi ərazisində tərk-silah edilərək saxlanılan Madat Babayan amansız rəftar və
işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində
şəxsən dəfn etdiyi yerləri göstərib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, M.Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni
silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan
edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin
etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı
post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda
qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində
gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol
sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də
1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat
verib.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat
Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani
şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib. Bundan əlavə Madat
Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində
saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların
meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda
qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

Source link