Dünya çempionatı: Azərbaycan cüdoçuları ikinci gündə 1 qızıl, 2 gümüş medal əldə ediblər – YENİLƏNİB

Baxış sayı: 411 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan cüdoçuları ikinci gündə 1 qızıl, 2 gümüş medal
əldə ediblər – YENİLƏNİB

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən
dünya çempionatında gümüş medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki
dərəcəsində yer alan idmançı finalda polşalı Şimon Şuliklə üz-üzə gəlib.

Rəqibinə uduzan Yusubov ikinci yerlə kifayətlənib.

Daha əvvəl Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Musayev (60 kq) gümüş medal
əldə edib.

Beləliklə, Azərbaycan cüdoçuları ikinci günü üç medalla bitiriblər.

Qeyd edək ki, ilk yarış günündə bir dəst medal əldə olunmuşdu. 50 kq-da Nihad
Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc
medala yiyələnib. Turnir avqustun 27-də başa çatacaq.

19:23

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya
çempionatında qızıl medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki
dərəcəsində mübarizə aparan idmançı finalda fransalı Alisia Pulanja qalib gəlib.

Daha əvvəl Məhəmməd Musayev (60 kq) gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov da final görüşünə çıxacaq.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq
çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq
İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

18:56

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada
keçirilən dünya çempionatında gümüş medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki
dərəcəsində yer alan idmançı finalda İsrail təmsilçisi İzak Aşpizə uduzub.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov və 52 kq-da Xədicə Qədəşova da final
görüşünə çıxacaqlar.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq
çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq
İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

17:06

Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən
dünya çempionatında finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində yarışan idmançı
yarımfinalda Almaniya təmsilçisi Maya Toszegidən güclü olub. O, həlledici
görüşdə fransalı Alissiya Poulange ilə üz-üzə gələcək.

Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kiloqram), Əbil Yusubov (66
kiloqram) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli
İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50
kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq
İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələniblər.

16:21

Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında
finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd
Musayev 1/4 finalda rumıniyalı Tudor Mosoidən, yarımfinalda litvalı Simas
Polikeviçyusdan güclü olub.

66 kiloqramda Əbil Yusubov yarımfinalda gürcüstanlı Giorgi Givişvilini
məğlubiyyətə uğradaraq, həlledici görüşə vəsiqə qazanıb.

Qız cüdoçumuz Xədicə Qədəşova isə yarımfinala yüksəlib. 52 kiloqram çəki
dərəcəsində çıxış edən idmançı 1/16 finalda serbiyalı Mina Qaciçi, 1/8 finalda
ispaniyalı Maria Monteneqronu, 1/4 finalda isə braziliyalı Rafaela Rodrigesi
üstələyib.

15:21

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya
çempionatında yarımfinala vəsiqə qazanıb.

Cixisyolu.com xəbər verir ki, 66 kiloqramda yarışan idmançı 1/16 finalda Mişiqtoqo
Tsedendambanı (Monqolustan), 1/8 finalda ukraynalı Danilo Fedoriki məğlub
edərək 1/4 finala yüksəlib. Burada o, özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

60 kiloqram çəki dərəcəsində yarışan Məhəmməd Musayev isə 1/4 finalda
yarışacaq. O, 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovdan, növbəti
raundda fransalı Yohan Qbinqbehidən güclü olub.

66 kiloqramda yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı
Antonio Roçaya, qız cüdoçulardan 48 kiloqramdakı Vüsalə Hacıyeva isə eyni
raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

11:04

Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya
çempionatında mübarizəyə başlayacaq.

Cixisyolu.com xəbər verir ki, oğlanların yarışında 60 kiloqram çəki dərəcəsində
Məhəmməd Musayev, 66 kiloqramda isə Əbil Yusubov və Cəsur İbadlı qüvvələrini
sınayacaqlar.

Qızlarda isə 48 kiloqramda Vüsalə Hacıyeva ilə 52 kiloqramda Xədicə Qədəşova
tatamiyə çıxacaqlar.

Məhəmməd Musayev ilk görüşündə Amsar Camaldinov (Belçika) – Rozqa Rozqa
(Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Əbil Yusubov mübarizəyə başlamaq üçün Mişiqtoqo Tsedendamba (Monqolustan) –
Razmik Qaltsyan (Ermənistan) cütünün qalibinin müəyyənləşməsini gözləyəcək.

Cəsur İbadlı paraqvaylı Aqustin Ledesma ilə üz-üzə gələcək.

Vüsalə Hacıyeva Malek Otmeni (Tunis) – Klaudia Pla Belmonte (İspaniya) cütünün
qalibi ilə mübarizə aparacaq.

Xədicə Qədəşova isə serbiyalı Mina Qaciçdən güclü olmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə
ediblər. 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov
gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələnib.

Source link