e741e96c-0c23-4703-b059-6ceaabc46a9f..jpg

Dünya kino tarixində bir ilk: Kosmosda çəkilən film nümayişə çıxır – FOTO/VİDEO

Baxış sayı: 764 dəfə baxılıb.

Dünya kino tarixində bir ilk: Kosmosda çəkilən film nümayişə çıxır – FOTO/VİDEO

Film tarixində ilk dəfə olaraq kosmosda çəkilən “Vızov” (“Çağırış”) filmi
artıq nümayişə çıxır.

Bu barədə Rusiyanın “Birinci Kanal”ından xəbər verilib.

“Kosmosda çəkilmiş ilk film və bu, hər şeyi deyir. Dekorasiyada, kompüterdə
deyil, sözün əsl mənasında Yerdən kənarda, əbədiyyət və ulduzlar arasında. Kino
tarixində ilk dəfə olaraq, tamaşaçılar kosmosu olduğu kimi – real görəcəklər”,
– deyə “Birinci Kanal”ın baş direktoru, prodüser Konstantin Ernst bildirib.

Filmin süjetinə görə, torakal cərrah Jenya (Yuliya Peresild) əsl kosmonavt
Oleq Novitskinin canlandırdığı kosmonavt İvanovu xilas etmək üçün bir ay
ərzində uçuşa hazırlaşmalı, sonra isə Beynəlxalq Kosmik Stansiyaya (BKS)
yollanmalıdır. O, çəkisizlik şəraitində ən çətin əməliyyatı yerinə yetirməlidir
– astronavtın Yerə sağ-salamat qayıtma şansı bundan asılıdır.

Məlumata görə, rusiyalı kosmonavt Anton Şkaplerov, kinorejissor Klim Şipenko
və aktrisa Yuliya Peresild filmin çəkilişləri üçün 2021-ci ildə “Soyuz MS-19”
kosmik gəmisindəBKS-ə yollanıblar .

BKS-də çəkilişlərdə kosmonavtlar Anton Şkaplerov, Oleq Novitski və Pyotr
Dubrov da iştirak ediblər. Filmdə, həmçinin Miloş Bikoviç, Vladimir Maşkov,
Aleksandr Baluyev, Yelena Valyuşkina, Aleksandr Samoylenko və başqaları
çəkiliblər.

Mənbə: TASS


Source link