59cf1e0b-d8cb-40c5-b3e2-220b16f23cc9..jpg

Dünya reytinqi: “Qarabağ” postsovet məkanında 1-cidir

Baxış sayı: 682 dəfə baxılıb.

Dünya reytinqi: “Qarabağ” postsovet məkanında 1-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 306 komandanın olduğu siyahıda
Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

“Atlılar” 149 xalla 62-ci pillədə qərarlaşıblar. Ağdam klubu Avropa
təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir. “Qarabağ” reytinq
cədvəlində “Atletiko”, “Fənərbağça”, “Qalatasaray”, “Latsio” kimi klubları
qabaqlayır.

İlk üçlükdə müvafiq olaraq “Flamenqo” (Braziliya – 327 xal), “Real Madrid”
(İspaniya – 298) və “Mançester Siti” (İngiltərə – 254) qərarlaşıblar.

Mənbə: iffhs.com

Source link