Dünyanın ən uzun körpüsü inşa edildi – VİDEO

Dünyanın ən uzun körpüsü inşa edildi – VİDEO

Baxış sayı: 7. 448 dəfə baxılıb.

Çində dünyanın ən uzun dəniz körpüsünün inşası yekunlaşıb.

ÇıxışYolu.Com “Meduza”ya istinadən xəbər verir ki, fevral ayında dövlət komissiyası onun sınaqlarının başlanılmasına icazə verib.

Körpü Honq-konq, Çjuxay və Makaonu birləşdirəcək. Üç süni ada və sualtı tuneldən (dünyanın ən uzun sualtı tuneli) ibarət olan körpü kompleksi nə az, nə çox, 55 kilometr uzunluqdadır.

Körpünün inşası səkkiz ilə tamamlanıb. Layihənin büdcəsi 110 milyard yuan (təx.16 milyard dollar) qiymətləndirilir. Körpü səkkiz bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti minimum 120 ildir.

Nəqliyyat üçün körpü kompleksinin 2018-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi planlaşdırılır.