Dünyanın ən varlı ərəbi “Four Seasons”dakı payını satdı

Dünyanın ən varlı ərəbi “Four Seasons”dakı payını satdı

Baxış sayı: 5. 230 dəfə baxılıb.

Ötən ay azadlığa buraxılan dünyanın ən varlı ərəbi Əl Valid bin Talal Suriyanın paytaxtı Şam şəhərində yerləşən “Four Seasons” hotelindəki payını 115 milyon dollara satıb.

ÇıxışYolu.Com “Financial Times”a istinadən xəbər verir ki, Talalın hoteldəki payını Suriya prezidenti Bəşər Əsədə yaxınlığı ilə tanınan iş adamı Samer Foza alıb.

Qeyd edək ki, Foza Suriyada müharibə başlayandan sərvətini artırıb. Son yeddi ildə o, bir çox  dövlət satınalmalarının qalibi olub. Samer Türkiyədə qızıl mədəninə sahibdir.

Səudiyə şahzadəsinə gəlincə, Talal bu hoteli satmaqla bağlı Səudiyyə Ərəbistanı hökumətinə hələ həbsdə olarkən söz verib. Səbəb hökumətin diplomatik münasibətlərin qaydasında olmadığı ölkələrə şahzadələr tərəfindən investisiya qoyulmasını istəməməsidir.

.
www.ÇıxışYolu.Com