Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

Dünyanın taleyi 5 ölkədən asılıdır – Ərdoğan

Baxış sayı: 300 dəfə baxılıb.

Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü – red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir.

“Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri İspaniyanın Fələstini tanınmaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.