f6ff367b-17e6-4a1d-8546-040fc9ea9369..jpg

DYP-dən “Formula-1” ilə bağlı sürücü və piyadalara MÜRACİƏT – VİDEO

Baxış sayı: 754 dəfə baxılıb.

DYP-dən “Formula-1” ilə bağlı sürücü və piyadalara MÜRACİƏT – VİDEO

Dövlət Yol Polisi (DYP) “Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi ilə
bağlı sürücü və piyadalara müraciət edib.

Cixisyolu.com xəbər verir ki “Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi ilə
əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət
məhdudlaşdırılıb. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər
yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət
dəyişdirilib.

Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq,
sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək
üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin əməkdaşları
gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir
ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə
edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin
olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq,
piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul
xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan
zaman onların təhlükəsizliyini təmin etmək məqsədi ilə yol patrul xidməti
əməkdaşlarının göstəriş və tövsiyyələrinə riayət etmələri xahiş olunur.

Source link