82e2079c-6d66-46ef-bf36-45a38a59b5fb..jpg

DYP: “Ötən il Azərbaycanda 167 avtomobil qaçırılıb”

Baxış sayı: 945 dəfə baxılıb.

DYP: “Ötən il Azərbaycanda 167 avtomobil qaçırılıb”

Keçən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 2021-ci illə
müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olub. Görülən tədbirlər nəticəsində
onlardan 164-ü isti izlərlə tapılıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si,
Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb.

“Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə
tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər
göstərir ki, bu qəbildən olan hüquqpozmaların baş verməsinə münbit şərait
yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti
əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan
yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilid
sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya
Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat
vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır”, –
deyə məlumatda bildirilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə
müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də
əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park
edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət
yetirməyə çağırır.

Source link