089f5ece-1da7-4da8-a5e7-58b9c254f025..jpg

DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü SAXLANILDI – YENİLƏNİB + VİDEO

Baxış sayı: 751 dəfə baxılıb.

DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü SAXLANILDI –
YENİLƏNİB + VİDEO

Bakıda yolun əks istiqamətində maşın sürən saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis
polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə
cəlb edilib.

21:26

Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya
doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə
hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.

Cixisyolu.com xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks
istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı
avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa
çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən
nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru
hərəkəti davam etdirib.

Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti
yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

20:22

Bakıda əks hərəkət istiqamətinə daxil olan avtomobil yolda təhlükəli vəziyyət
yaradıb.

Cixisyolu.com xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev
Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil
qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. Yol
polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli
şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına
təhlükə yaradıb.

Sözügedən görüntüləri təqdim edirik:

Source link