6bb33272-fd26-42ee-859c-144b74757e42..jpg

Ehtiyatda qalan İnyesta Yaponiya klubunu tərk edir

Baxış sayı: 1. 009 dəfə baxılıb.

Ehtiyatda qalan İnyesta Yaponiya klubunu tərk edir

Andres İnyesta yayda Yaponiyanın “Vissel Kobe” klubunu tərk edəcək.

İspaniya millisinin və “Barselona”nın keçmiş yarımmüdafiəçisi az oynamasından
narazıdır. O, bu mövsüm dörd matçda cəmi 59 dəqiqə meydanda olub.

39 yaşlı futbolçu karyerasını bitirmək fikrində deyil. O, daha çox oynayacağı
kluba keçmək istəyir.

İnyesta 2018-ci ildən “Vissel Kobe”də çıxış edir.

Mənbə: nippon.com

Source link