Ekspert: Erməni “Cəllad” kimilərinin sonu birdir

Ekspert: Erməni “Cəllad” kimilərinin sonu birdir

Baxış sayı: 2. 710 dəfə baxılıb.

“DXR”-nin (Donetsk Xalq Respublikası) “Cəllad” ləqəbli muzdlusu, görünür, ruhi xəstədir. Bu barədə ukraynalı politoloq Aleksey Voronenko

ÇıxışYolu.Com saytına erməni muzdlusunun açıqlamasını şərh edərkən bildirib. Ukraynalı ekspertin fikrincə, “Cəlladın” iddiaları aydın ifadə edilən şizofreniya əlamətləridir.

“Düşünürəm ki, belə personajları hətta Ermənistanda da qəbul etmirlər, çünki o mövcud olmayan ölkənin vətəndaşı olmaq arzusunu bildirib. Görünür, bu personaj adam öldürmədən yaşaya bilmir, müharibənin hər şeyi həll edə biləcəyi prinsipini rəhbər tutur”, – Voronenko deyib.

Onun sözlərinə görə, belələri həmişə müxtəlif hərbi münaqişələr zamanı üzə çıxırlar.

“Belə bədheybətlərə görə Qarabağda vəhşilik dəhşətli miqyas alır. Bu, yalnız belə insanların toxunma hissidir, əsl döyüş zabitləri heç vaxt belə sözləri və hərəkətləri özlərinə rəva bilməzlər. Mənə elə gəlir ki, bu əclafların sonu birdir…”, ekspert əlavə edib.

 Bundan əvvəl xəbər verilirdi ki, Ermənistandan olan “DXR”-nın “Cəllad” ləqəbli muzdlusu deyib ki, Donetsk və Luqansk vilayətlərinə “Ukrayna faşistlərindən onların Qarabağda Ermənistana qarşı Azərbaycan tərəfində vuruşduqlarına görə qisas almaq” məqsədilə gedib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com