Ekstremal fəhlə sosial şəbəkələrin qəhrəmanı oldu – VİDEO

Ekstremal fəhlə sosial şəbəkələrin qəhrəmanı oldu – VİDEO

Baxış sayı: 7. 250 dəfə baxılıb.

Bakıda fəhlənin reklam lövhəsini demontajı müzakirələrə səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, abadlıq işləri aparan fəhlələr Masazırda reklam lövhəsini ərazidən götürmək istəyiblər.

Lövhəni götürmək üçün işçilər kranın qarmaqlarını (tutğaclarını) quraşdırmağa çalışıblar. Lakin onların bunun üçün uyğun texnikaları olmayıb. 

Azərbaycanlı fəhlələr elmin-texnikanın inkişaf etdiyi vaxtda özünəməxsus yolla reklam lövhəsini ərazidən götürüblər.

Belə ki, işçilər çox fikirləşməyib, təhlükəsizlik avadanlığı olmadan, kran vasitəsilə fəhləni lövhəyə qaldırıblar. 

Lövhəyə qalxan fəhlə müvafiq işlər aparıb.

Daha sonra o, buldozerin qaşığına çıxaraq aşağı düşüb. 

Fəhlələrin bu “əməliyyatı” sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com