ebc1efae-682b-4b58-add2-f69a69b707b9..jpg

Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB

Baxış sayı: 986 dəfə baxılıb.

Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB

Ekvadorda səhər saatlarında baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ən
azı üç nəfər ölüb.

Bu barədə yerli kütləvi informasiya vasitələri xilasedicilərin məlumatlarına
istinadən xəbər verir.

Yaralıların sayı barədə hələlik məlumat verilməyib. Həmçinin qeyd olunur ki,
yeraltı təkanlardan sonra ölkənin qərbində yerləşən bir sıra şəhərlərdə
elektrik enerjisi verilməsi dayandırılıb.

22:26

Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km
cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 85 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Source link