Elçin Əzizov: Çoxdan Bakıda oxumaq istəyirdim

Elçin Əzizov: Çoxdan Bakıda oxumaq istəyirdim

Baxış sayı: 3. 030 dəfə baxılıb.

Elçin Əzizov: Çoxdan Bakıda oxumaq istəyirdim

May ayında dünya opera ulduzları – Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizov Heydər Əliyev adına Mərkəzdə “Azərbaycana sevgilərlə” adlı konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat bir müddət əvvəl yayılıb.

ÇıxışYolu.Com-ın müxbiri hazırda ABŞ-da olan Elçin Əzizovla əlaqə yaradaraq qarşıdakı konsertin təfsilatlarını öyrənə bilib.

Tenor bildirib ki, konsert proqramı tanınmış opera ariyalarından ibarət olacaq: “Təəsüf ki, konkret olaraq hansı ariyaların oxunacağını deyə bilmərəm”.

O, A.Netrebko və Y.Eyvazovla bir səhnədə, üstəlik, doğma auditoriya qarşısında çıxış edəcəyinə çox sevindiyini dilə gətirib.

“Çoxdan Bakıda oxumaq istəyirdim. Nəyahət ki, baş tutacaq”, – deyə E.Əzizov əlavə edib.

O, qrafikinin olduqca gərgin olduğundan “gileylənib”.

“Hazırda Nyu-Yorkun “Metropoliten operası”nda çalışıram, növbəti teatr mövsümünə hazırlaşıram. Apreldə isə Bolşoy teatrında tamaşalar başlayacaq”, – deyə E.Əzizov söyləyib.

Qeyd edək ki, Bakı konserti dünya səviyyəli tenorun doğma vətənində ilk çıxışı olacaq.

Trionu Azərbaycanın Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestri müşayiət edəcək.

Namiq Həsənov