b73472b1-1bf3-447b-9116-7428f9bad877..jpg

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması düzgün aparılıb”

Baxış sayı: 685 dəfə baxılıb.

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması
düzgün aparılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı
uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusunda şəxsi heyətin kadr
potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi
vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

O vurğulayıb ki, nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilib:

“Bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir. Bütün
bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının
qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da
şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın
möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin
keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu işlərə məsul şəxslərin
öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının
nəticəsidir”.

General-mayor Elçin Xəlilov əlavə edib ki, kadr planlaşdırmasında, bir qayda
olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur:

“Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə
kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə
alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət
baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində
qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur”.

“Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı)
mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi
əsasında müəyyən edilir. Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma)
isə əsasən, balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik
olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına
əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin
resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu
metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının
vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından
istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər”, – o
vurğulayıb.

Source link