Əli Hüseynli: “İlham Əliyev müasir hüquqi və demokratik dünyada çox nadir
tarixi şəxsiyyətdir”
“Bir sıra dövlətlərdə konstitusion idarəetmə quruluşunu dəyişməklə
hakimiyyətdə qalanlardan fərqli olaraq,İlham Əliyev yalnız seçkilərdə xalqın
səsini qazanaraq dəfələrlə qalib gələn dövlət başçısıdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli
Hüseynli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı
deyib.
Sədr müavini bildirib ki, İlham Əliyev müasir hüquqi və demokratik dünyada 20
il sabit, davamlı, amma həm də artan reytinqi olan çox nadir tarixi
şəxsiyyətdir.
“Əslində, İlham Əliyevin uğur tarixi daha dərindir. İlham Əliyev hələ ilk
prezident seçkilərindən sonra radikal müxalifətin dövlət çevrilişi cəhdini,
hakimiyyətdəki bəzi avantüra hərəkətlərinin qarşısını qətiyyətlə almışdı. İndi
isə hər kəs Qarabağın azad edilməsi ilə İlham Əliyevin yeni tarix yazdığının
fərqindədir. Hazırda İlham Əliyevin təcrübəsini öyrənənlər çoxdur, lakin onu
tətbiq edə biləcəkləri böyük sual altındadır. Çünki regionda məxməri
inqilabların yetişdirdiyi rəhbərlərdən fərqli olaraq, ancaq özü müstəqil olan
lider müstəqil qərarlar qəbul edir. Regionda müharibəni, antiterror
tədbirlərini və sülh prosesini birgə həyata keçirən yeganə şəxsiyyət məhz İlham
Əliyevdir. İndi də bölgədə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul
edilə bilməz”, – Ə.Hüseynli vurğulayıb.