Elxan Məmmədov: AFFA-da mənə də sərfəli təklif gələ bilər

Elxan Məmmədov: AFFA-da mənə də sərfəli təklif gələ bilər

Baxış sayı: 9. 461 dəfə baxılıb.

AFFA-nın baş katibi Elxan Məmmədov “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunmasına aydınlıq gətirməyə çalışıb. 

ÇıxışYolu.Com xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra baş katibin iştirakı ilə mətbuat konfransı keçirilib.

Məmmədov konfransda bu məsələyə aydınlıq gətirərkən bildirib ki, Kamran Quliyevin klubları dəyişməsi özünün şəxsi qərarı ilə bağlıdır:

“Bunun üçün hətta “Sumqayıt”ın Müşahidə Şurasının üzvü, klubun əsas sponsoru “Azərkimya”nın Müşahidə Şurasının sədri Muxtar Babayevlə söhbət etmişik, onun razılığı alınıb. Yəni Kamran Quliyev “Sumqayıt”dan gedərkən halallıq alıb”.

Elxan Məmmədov “Sumqayıt” klubunun prezident postuna namizədlər barədə də danışıb: 

“Sumqayıt”ın prezidenti postuna üç namizəd var. Bunlardan biri AFFA-nın əməkdaşı, millinin seleksioneri Riad Rəfiyevdir. Digər iki nəfərin adını çəkməyi isə məqbul hesab etmirəm.  AFFA prezidenti Rövnəq Abdullayevin onu nə üçün təbrik etdiyini bilmirəm.

Ola bilsin ki, ad günüdür və ya ola bilsin ki, o, artıq təyin olunub, sadəcə, mənim xəbərim yoxdur. Ümumiyyətlə, AFFA-nın işçisinin harasa təyin olunmasında qeyri-adi bir şey yoxdur. Amma mətbuat bunu şişirdir. Heç “CBC Sport” telekanalından əməkdaş kluba gedəndə heç nə yazılmır. Sərfəli təklif AFFA-da hamıya gələ bilər, hətta mənə də”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com