aae79193-ab4d-474c-ad58-4e4975537a74..jpg

Elza onu tənqid edən bacısına şeirlə cavab verdi

Baxış sayı: 981 dəfə baxılıb.

Elza onu tənqid edən bacısına şeirlə cavab verdi

Əməkdar artist Elza Seyidcahan bacısının onun haqqında söylədiyi fikrə
münasibət bildirib.

Məsələ ilə bağlı məlumat almaq üçün Cixisyolu.com-ın əməkdaşı Əməkdar artist Elza
Seyidcahan ilə danışıb.

Xatırladaq ki, ötən günlərdə Elza Seyidcahanın bacısı Lalə Seyidcahan
televiziya proqramlarından birinə açıqlama verib. O, Elza Seyidcahanın bütün
bacıların, uşaqların psixologiyasını pozduğunu deyib. Onun nəsillərini biabır
etdiyini dilə gətirib.

Əməkdar artist hər şeyin qaydasında olduğunu bildirib:

“Məni sevənlər narahat olmasınlar. Hər şey yaxşıdır. O, aprelin 1-də gülüş
gününə həsr olunmuş serialdan çəkilmiş bir parçadır.

Mənim həyatım “çoxmərtəbəli binanın, sonuncu mərtəbəsinə bənzəyən ömür
filminin təməllərindəndir”. O üzdən mən burada fikrimi Cabir Novruzun şeiri ilə
tamamlayacağam:

Ərzə qədəm qoyan yerdə, Bataydı qundağın şərdə

Hər şey gördün bu əsrdə, Cabir, bu da azdı sənə!

Nə biclik, nə yalan bildin, Nə pislik nə haram bildin

Sən hamını adam bildin, Cabir, bu da azdı sənə!

Hamı sındı sən sınmadın, Durdun dözdün sarsılmadın

Heç nə sənə dərs olmadı, Cabir, bu da azdı sənə, Cabir, bu da azdı sənə!”

Bəstəkar sonda növbəti konsert proqramına hazırlaşdığını qeyd edib:

“Bu dəqiqə növbəti konsert proqramına hazırlaşıram. Mart ayında baş tutan
konsertimin ab-havasından çıxmamışam. Vətənpərvər mövzuda silsilə konsert
proqramı ilə sevənlərimin qarşısına çıxacağam. Qızğın məşqlər gedir”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan martın 28-də “Mahnılar və
şeirlər” adlı konsert proqramı keçirib. Konsertdə yığılan pul Türkiyəyə ianə
edilib.

Nəzrin Vahid

Source link