9625fac3-707d-4f56-8d9e-6e61f84999c0..jpg

Əməkdar artist Əyyub Quliyev “Don Juan” tamaşasını idarə etmək üçün Latviyaya dəvət olundu – FOTO

Baxış sayı: 528 dəfə baxılıb.

Əməkdar artist Əyyub Quliyev “Don Juan” tamaşasını idarə etmək üçün Latviyaya
dəvət olundu – FOTO

Latviya Milli Opera Teatrının səhnəsində dahi Avstriya bəstəkarı Volfqanq
Amadey Mosartın musiqiçilərin arasında “operaların operası” adlandırılan
möhtəşəm səhnə əsəri “Don Juan” ifa olunub.

Anşlaqla keçən tamaşa böyük uğura səbəb olub və dinləyicilərin xüsusi
rəğbətini qazanıb.

Tamaşanı idarə etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev
Latviyaya dəvət olunub.

Qeyd edək ki, bu, Latviya Milli Opera Teatrının azərbaycanlı dirijorla ikinci
müştərək layihəsidir – 2022-ci ilin noyabr ayında Əyyub Quliyevin dirijorluğu
ilə C.Verdinin “Traviata” operası repertuarın ən müzakirə olunan mədəni
hadisəsinə çevrilib.

İndi isə Latviya Operasında təqdim olunan “Don Juan” operası müəllifinin əsəri
yaratdığı tam şəkildə təqdim edilərək 4 saata yaxın zamanı əhatə edib.

Tamaşada əsas rolları ifa edən Latviya Milli Opera Teatrının aparıcı
solistləri Yanis Apeynis (Don Juan), İnqa Slubobska (Don Elvira), Tatyana
Trenoqina (Donna Anna), Rihard Maçanovskis (Leporello), Daynis Kalçans (Don
Ottavio), Marlena Keyne (Zerlina), Daniil Kuzmin (Mazetto) və Edqars Osleya
(Komandor) yerli dinləyicilər tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.

Azərbaycanın Latviyada Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov,
Latviyanın tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin yerli mətbuat
nümayəndələri də tamaşanı izləməyə gəliblər.

Source link