6d689d28-7585-41ab-8040-ecad81941a15..jpg

Erlinq Holand yeni rekorda imza atıb

Baxış sayı: 576 dəfə baxılıb.

Erlinq Holand yeni rekorda imza atıb

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand yeni rekorda
imza atıb.

“Report” xəbər verir ki, 22 yaşlı hücumçu buna evdə Almaniya “Bavariya”sına
3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final
mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

“Şəhərlilər”in heyətində 45 qola imza atan norveçli forvard İngiltərə Premyer
Liqasının oyunçuları arasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan
futbolçu adına sahib çıxıb.

Holand 2002/2003 mövsümündə 44 qol vuran Rud Van Nistelroyu (53 oyuna) və
2017/2018 mövsümündə eyni sayda fərqlənən Məhəmməd Salahı (52 oyuna) geridə
qoyub.

Qeyd edək ki, Erlinq Holand 11 qolla Çempionlar Liqasının bombardiridir.

Source link