2b927488-daf3-4ac4-bfc5-0478c5d71483..jpg

Ermənilər dörd rayonumuzu atəşə tutublar – RƏSMİ + VİDEO

Baxış sayı: 812 dəfə baxılıb.

Ermənilər dörd rayonumuzu atəşə tutublar – RƏSMİ + VİDEO

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar
Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı
silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı
və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı
silahlardan bir neçə dəfə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri
görülüb.

Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun
Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin
qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Source link