3fbe8917-5653-4a77-901d-c0044bfaedb5..jpg

Ermənilər vacib seçim qarşısında – VİDEO

Baxış sayı: 640 dəfə baxılıb.

Ermənilər vacib seçim qarşısında – VİDEO

Azərbaycanın 10 Noyabr Bəyanatına uyğun olaraq Laçın yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurması həm Ermənistan siyasi rəhbərliyini, həm də
Qarabağdakı erməniləri təşvişə salıb. Onların Azərbaycan cəmiyyətinə
reinteqrasiya, yaxud da ərazilərimizi tərk etməkdən başqa yolu qalmayıb.

Nəzərə alsaq ki, separatçılar da onların gözlənilən potensial istəklərinə
qarşı çıxırlar, deməli, əsas proseslər də bundan sonra başlayacaq. Yəni mülki
əhali ilə separatçılar arasında qarşıdurma daha da artacaq.

Qarabağın erməni əhalisi başa düşür ki, başqa şansları yoxdur. Çünki
separatçıların girovunda qalmaq və ya onların təsiri ilə silahlı mübarizəyə əl
atmaq onlar üçün müsbət heç nə vəd etmir. Bir sözlə, həm Ermənistan, həm də
Qarabağda yaşayan ermənilər təmasların inkişafına konstruktiv mövqe nümayiş
etdirərək, mövcud vəziyyətdən nəticə çıxarmaq məcburiyyətindədirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link