724486e4-3831-4cf6-9290-9fd14b823948..jpg

“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur” – RƏY

Baxış sayı: 873 dəfə baxılıb.

“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir,
sabitliyi pozur” – RƏY

“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir,
sabitliyi pozur. İndiyədək Ermənistan daha çox Fransa və Rusiyanın təhriki ilə
təxribat törədirdisə, indi həm də İrandakı molla rejimi İrəvanı provokasiyaya
çəkir”.

Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, rəsmi Tehran İrəvanı hərəkətə keçməyə təhrik edir: “Tehranın
vədləri Ermənistantana hərəkətə keçmək üçün “ilham verir”. Odur ki, dünənə
qədər sülh müqaviləsindən danışan Ermənistan baş naziri Nikol Paşinyan indi
sərsəm bəyanatlar verir, Azərbaycanı ittiham edir. Əlbəttə, İranın “əzələ
nümayişi” də Ermənistanı ruhlandırır”.

Q.Hüseynlinin fikrincə, rəsmi İrəvanın destruktiv mövqeyində Moskvanın da “əli
var”: “Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayan Rusiyanın bəzi
hərəkətləri bizdə narahatlıq yaratmaya bilməz. Belə ki, qondarma rejimin
başçısı Araik Arutunyan Moskvaya gedir, müəyyən təlimatlar alır və pozuculuq
fəaliyyətini icra edir. Ümumiyyətlə, Rusiya xeyli vaxtdır ki, beynəlxalq hüququ
pozur. Regiondakı rus sülhməramlıları daha çox kommersiya fəaliyyəti ilə
məşğuldurlar. Onlar ərazidə sülhün təmin olunmasına çalışmırlar. Ermənistanın
silahlanmasında Rusiya fəal iştirak edir. Bu isə o deməkdir ki, biz yenə də öz
işimizi özümüz görə bilərik. Görünür, xəbərdarlıqlar işə yaramır. Azərbaycan
Vətən müharibəsində BMT-nin 4 qətnaməsini necə icra etdisə, indi də öz
təhlükəsizliyi üçün müvafiq addımları ata bilər”.

Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən
kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd “ZTR-82A” döyüş
maşını, ermənilərə məxsus 3 ədəd tentli “KamAZ” və üzərində yanacaq çəni olan 1
ədəd “KamAZ” avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən
qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər
üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə
borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda
fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə,
silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin
daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş
razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması
deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun
Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən
sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi məlum
olub.

Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin
qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirirlər.

Source link