28a55645-d86e-45e8-8b95-b0b5c984197e..jpg

Ermənistan yeni müharibəyə hazırlaşır? – VİDEO

Baxış sayı: 1. 001 dəfə baxılıb.

Ermənistan yeni müharibəyə hazırlaşır? – VİDEO

“Bir yandan Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən bəhs edir, o,
Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayır, sülh müqaviləsini
imzalamağa hazır olduğunun fonunu yaradır, amma bir yandan da onun sifarişilə
Azərbaycana qarşı təxribatçı davranışlar daha da artmaqdadır”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov aprelin 22-də Şuşa rayonunun
Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti
təxribat törədilməsinə münasibət bildirərkən deyib.

O bildirib: “Ermənistan sülhdən bəhs edirsə, sülh danışıqlarına getməkdən bəhs
edirsə, sülh müqaviləsini imzalamaqda maraqlı olduğunun fonunu yaradırsa, o
zaman bu nə prosesdir, bu nə müharibəyə hazırlıqdır?”.

Politoloq Tural İsmayılovun sözlərinə görə isə, Rusiya sülhməramlıları öz
üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: “2020-ci ildə imzalanmış 10
noyabr bəyanatından bu qədər müddət keçməsinə baxmayaraq, Ermənistana qarşı
real, praktiki və ciddi təzyiqlərin edilməməsi nəticədə bu hadisələrin baş
verməyinə, Cənubi Qafqazda gərginliyin qalmağına və hər zaman müharibə
ab-havasının öndə olmağına səbəb olur”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link