9860e9e2-efcb-4315-85b8-01989da36de6..jpg

Ermənistanı təxribata kim həvəsləndirir? – İran, Fransa… – ŞƏRH + FOTO

Baxış sayı: 728 dəfə baxılıb.

Ermənistanı təxribata kim həvəsləndirir? – İran, Fransa… – ŞƏRH + FOTO

“Azərbaycanın Ermənistanla şərti sərhədinin Laçın hissəsində irimiqyaslı
təxribatın baş verə biləcəyini və ermənilərin buna hazırlaşdıqlarını iki həftə
öncə bildirmişdim. Təəssüf ki, gözlənildiyi kimi oldu”.

Bu sözləri Cixisyolu.com-a Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın ötən gün
Laçında törətdiyi təxribat haqqında danışarkən deyib. O qeyd edib ki, birmənalı
şəkildə bu hadisələrin arxasında Ermənistan rəhbərliyi durur:

“Bununla bərabər, Ermənistanı buna həvəsləndirənlər də məsuliyyət daşıyırlar.
Axıdılan qanlar onların vicdanına yazılmalıdır. Söhbət həmin ölkələrdən gedir
ki, onlar regionda gərginliyin qorunub-saxlanmasını özünün burada hərbi
mövcudluğunun təmini kimi görən dövlətdən daha çox canfəşanlıq edirlər,
Ermənistanı təxribata həvəsləndirirlər. Nə qədər paradoksal görünsə də, söhbət
az qala bütün məsələlərdə bir-birinə rəqib gözü ilə yanaşan, halbuki
Azərbaycana gəldikdə eyni mövqedən çıxış edən Fransa Avropası ilə fars
şovinizminin tüğyan etdiyi İrandan gedir. Elə bu təxribatın Paşinyan
hakimiyyətində daha çox “quzğun” kimi tanınan, Ermənistan Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryanın İrana səfərindən dərhal sonra baş verməsində
də rəmzilik var.

Məhz İranın Ermənistanı revanşizmə həvəsləndirən təxribatçı hərəkətləri,
açıqlamaları, eyni zamanda, Avropa İttifaqı missiyasının qonşu ölkədəki rəhbəri
Markus Ritterin həddini aşan, düşüncəsiz fikirləri reallıq hissi heç də güclü
olmayan rəsmi İrəvanı növbəti dəfə belə təxribatlara vadar etdi”.

Deputat təxribatların qarşısını qəhrəmanlıqla alarkən şəhid olan
hərbçilərimizə tanrıdan rəhmət, doğmalarına səbir dilədiyini vurğulayıb:

“Yaralılarımızın isə tezliklə sağalmasını arzulayıram. Buna əminəm ki,
Azərbaycan Ordusu bu təxribatların cavabını artıqlaması ilə verəcək, qarşı
tərəfə bunun əvəzini necə lazımdır, ödətdirəcək. Məsələ ermənilərin budəfəki
itkiləri ilə bitməyəcək”.

Xatırladaq ki, ötən gün erməni hərbi birləşmələrinin törətdiyi təxribat
nəticəsində üç hərbçimiz şəhid olub. Qarşı tərəfin isə dörd hərbçisi məhv
edilib.

Aysel Aslan

Source link