7186af86-285a-4d26-99a3-d85d5c84f2aa..jpg

Ermənistanın təxribatı nəticəsində baş vermiş mina partlayışında üç hərbi qulluqçumuz xəsarət alıb – VİDEO

Baxış sayı: 1. 032 dəfə baxılıb.

Ermənistanın təxribatı nəticəsində baş vermiş mina partlayışında üç hərbi
qulluqçumuz xəsarət alıb – VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular
kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat
törədilib.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı
yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan
Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət
istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin
sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq
yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi
qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür.


Source link