e0b57384-2d91-45d4-96b0-0a9f84b978f2..jpg

Ester Eti Elkis: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

Baxış sayı: 686 dəfə baxılıb.

Ester Eti Elkis: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti
dərin təsir bağışlayır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir
bağışlayır”.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə
səfərdə olan ABŞ-də fəaliyyət göstərən podkast şirkətinin nümayəndəsi Ester Eti
Elkis deyib.

“Amerikalı və israilli jurnalistlərdən ibarət nümayəndə heyətinin Şuşaya
səfərini təşkil etməyimizin məqsədi onların buradakı dağıntıları gözləri ilə
görmələrinə şərait yaratmaqdır. Ermənistan bu ərazilərdəki bütün tikililəri
dağıdıb. Üstəlik, burada çox sayda mina var. Daha əvvəl, yəni ötən ilin
dekabrında bu şəhərə səfər etmişdim. Şuşada son dörd ayda həyata keçirilən
işləri görəndə çox təəccübləndim”, – o vurğulayıb.

“Düşünürəm ki, öz torpağını sevən şəxs onu qəsdən dağıtmaz, məscidləri,
kilsələri məhv etməzdi. Qarabağ ərazisi çox gözəldir. Azərbaycanın bu əraziləri
bərpa etməsi dərin təsir bağışlayır”, – E.Elkis deyib.

O, Azərbaycanın regionda təhdidlər yaradan İranla problemlərini həll edəcəyinə
ümidvar olduğunu bildirib:

“Bəli, vəziyyət asan deyil, lakin Azərbaycan bunu həll etməyin yolunu tapacaq”.

E.Elkis sonda vurğulayıb ki, Azərbaycan bütün dini konfessiyalar üçün çox
tolerant ölkədir.

Source link