d9326d04-3369-4b56-9fe3-d7c8f7e5385c..jpg

“EU Reporter”: “Ermənistan qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”

Baxış sayı: 843 dəfə baxılıb.

“EU Reporter”: “Ermənistan qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”

Ermənistan təkcə suverenliyini və özünü müdafiə etmək qabiliyyətini itirməyib,
həm də qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil.

Bu barədə “EU Reporter” nəşrində dərc olunan “Ermənistan öz suverenliyini necə
itirib?” başlıqlı məqalədə deyilir.

Məqalə müəllifi qeyd edir ki, Ermənistan hakimiyyəti uzun illərdir ki, Rusiya,
İran, Fransa, Avropa İttifaqına, həmçinin erməni diasporuna və şübhəli keçmişi
olan oliqarxlara “suverenliyindən parçalar” paylayıb: “Amma bu suverenliyin
itirilməsi narahatedicidir. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan ölkə
mübarizə apara və ən əsası, sülh müqaviləsi bağlaya bilməz. Suverenliyin
itirilməsi danışıqlar aparmaq qabiliyyətinin olmamasının sübutudur”.

Məqalədə bildirilir ki, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək
edir: “Erməni sahibkarlar da Nikol Paşinyandan narazıdırlar. Ermənistan baş
nazirinin Almaniyaya səfəri zamanı ona sanksiyalardan yayınaraq Rusiyaya yardım
göstərilməsinin qəbuledilməzliyi barədə xəbərdarlıq edilib”.

Müəllifin sözlərinə görə, aprelin 15-də həm politoloqların, həm də
idmansevərlərin diqqətini cəlb edən hadisə baş verib: “Həmin gün Ermənistanın
paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış
mərasimində Azərbaycan bayrağı yandırılıb”.

Qeyd edilir ki, Azərbaycan bayrağını yandıran Aram Nikolyana qarşı
Ermənistanda cinayət işi açılmayıb: “Ermənistan hüquq-mühafizə orqanları bu cür
davranışda qəbahət görmürlər. O, polis bölməsindən tez bir zamanda sərbəst
buraxıldıqdan sonra qəhrəmancasına qarşılanıb. Erməni siyasətçilər, ictimai
xadimlər, on minlərlə sosial şəbəkə istifadəçisi onu nümunə kimi göstərib”.

Müəllifin fikrincə, Ermənistan indiki vəziyyətində bütün region üçün təhlükə
yaradır: “Qərb regiondakı münaqişəyə Ermənistanla Azərbaycan arasındakı
toqquşma kimi baxmaqdan əl çəkməlidir. Bu, Rusiya və İranın marioneti olan ölkə
ilə Avropanın enerji təhlükəsizliyinin asılı olduğu dövlət arasındakı
münaqişədir. Odur ki, Avropanın qərar qəbul etməsinin və onlardan birinin
tərəfini saxlamasının vaxtı çatıb”.

Source link