3c3b6bf5-d564-45e7-acfc-cbea03c4429d..jpg

“EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlara hökm oxundu

Baxış sayı: 712 dəfə baxılıb.

“EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlara hökm oxundu

“EuroHome” ticarət mərkəzində mağaza sahibini qətlə yetirməkdə ittiham olunan
Rafael və Vüsal Yusubov qardaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa
çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rafael Əsgərov 18 il, Vüsal Yusubov isə 17 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt şosesində
yerləşən “EuroHome” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzində kombi satışı ilə məşğul olan mağaza sahibi 1993-cü il
təvəllüdü Şəmiddin Quliyev iki nəfər tərəfindən qətlə yetirilib.

Qətl törətməkdə təqsirləndirilən Rafael və Vüsal Yusubov qardaşları bir gün
sonra saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs
qətimkan tədbiri seçilib.

Source link