e4d03cdf-40e2-478f-bdf4-37dacc6c743e..jpg

Everesti 10 dəfə fəth edən alpinist zirvədən enərkən öldü

Baxış sayı: 1. 068 dəfə baxılıb.

Everesti 10 dəfə fəth edən alpinist zirvədən enərkən öldü

Britaniyalı alpinist Noel Hanna Nepalın mərkəzindəki Annapurna Himalay dağ
silsiləsindən enərkən ölüb.

Şimali İrlandiyadan olan 56 yaşlı idmançının ölümü barədə çərşənbə axşamı
məlumat yayılıb.

Məlumata görə, Hanna aprelin 18-də dünyanın onuncu ən hündür zirvəsini – 8091
metrlik Annapurna dağını fəth etdikdən sonra dünyasını dəyişib. Əvvəllər
dünyanın bütün ən yüksək zirvələrini fəth etmiş idmançının ölümünün dəqiq
səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Hanna dünyanın ən yüksək zirvəsini – Everesti on dəfə fəth edib.
2018-ci ildə o, Pakistanın Kəşmir və Çinin Sincan-Uyğur Muxtar Bölgəsi
sərhədindəki dünyanın ikinci ən yüksək zirvəsi olan Çoqori dağına qalxan ilk
irlandiyalı alpinist olub.

Mənbə: TASS

Source link