6fc17a63-20ca-4159-b00c-69581de7251a..jpg

Evi ziyan görən sakin: “Kənd bələdiyyəsindən gəlib, telefonla şəklini çəkib getdilər” – VİDEO

Baxış sayı: 888 dəfə baxılıb.

Evi ziyan görən sakin: “Kənd bələdiyyəsindən gəlib, telefonla şəklini çəkib
getdilər” – VİDEO

Aprelin 21-də ölkənin cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava
şəraiti fəsadlara yol açıb.

Masallıda 5-7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava
şəraiti kənd təsərrüfatına, tikililərə və evlərə ziyan vurub.

Rayonun Təzə Alvadı kənd sakini Mübariz Mürsəlov deyib ki, qeyri-sabit hava
şəraiti onun yaşadığı evi bərbad hala salıb:

“Ailə üzvlərimiz çöldə qalıb. Kənd bələdiyyəsindən nümayəndə gələrək buranın
telefonla şəklini çəkib getdilər. Evin içində olan əşyalar qırılıb”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link