293aad36-5f1e-4fa7-9c98-eba6aebd18a1..jpg

“Fənərbağça” öz meydanında azlıqda qalan “Beşiktaş”a məğlub oldu – VİDEO

Baxış sayı: 846 dəfə baxılıb.

“Fənərbağça” öz meydanında azlıqda qalan “Beşiktaş”a məğlub oldu – VİDEO

Türkiyə Super Liqasında XXVII tur davam edir.

Cixisyolu.com xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş”
münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən
qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 4:2

Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya
açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın
qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.

“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq
komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.

“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə
qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider
“Qalatasaray”ın isə 63 xalı var.


Source link