a7264526-19bb-42de-bdc4-7e5de3d3abe9..jpg

Fəxrəddin Altun Ərdoğanın vəziyyəti barədə danışdı – VİDEO

Baxış sayı: 741 dəfə baxılıb.

Fahrettin Altun Ərdoğanın səhhəti barədə danışdı – VİDEO

“Siyasi və iqtisadi imtiyazlarını itirən bəzi qruplar sadəcə dezinformasiya
yaymaqla məşğuldurlar”.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin
rəhbəri Fahrettin Altun bildirib.

O qeyd edib ki, həmin şəxslər hətta Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı da
əsassız xəbərlər yayırlar, şükürlər olsun ki, dövlət başçımız çox güclü, sağlam
formada işinin başındadır, Allahın izniylə, bundan sonra da uzun müddət bu
ölkəni idarə etməyə davam edəcək.

“Cumhuriyet Tarihinde İki 14 Mayıs 1950 – Yeter! Söz Milletindir 2023 – Evet!
Söz Milletindir” Panelihttps://t.co/IcKTXMmQTM
— Fahrettin Altun (@fahrettinaltun) April 27, 2023

Xatırladaq ki, aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman
Ərdoğan özünü narahat hiss edib. Bu səbəbdən verilişə fasilə verilib.

Source link