b1a2ebfd-4f34-4136-81f8-55e3673eb0f5..jpg

Fazil Mustafa istintaqa ifadə verdi

Baxış sayı: 605 dəfə baxılıb.

Fazil Mustafa istintaqa ifadə verdi

Sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa
ifadə verib.

Bu barədə Lent.az-a millət vəkilinin özü məlumat verib.

Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə
gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib:

“Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib.
Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım
yoxdur. İstintaqı gözləyirəm”.

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı
Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat
silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ
çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Ona zəruri tibbi xidmətlər göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Source link