d1e4f4f6-99da-46ca-8c04-54d44a1d82c2..jpg

Fazil Mustafa terror hücumundan danışdı: “Yoldaşıma dedim ki, məni vurdular” – VİDEO

Baxış sayı: 713 dəfə baxılıb.

Fazil Mustafa terror hücumundan danışdı: “Yoldaşıma dedim ki, məni vurdular” –
VİDEO

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa
həmin hadisədən danışıb.

O bu barədə Real TV-yə müsahibəsində bəhs edib.

F.Mustafa bildirib ki, hadisə baş verən gün axşam dostları ilə birgə
restoranda iftar edib.

Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib:

“Qarajın qapısını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli
parıldı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum
partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma
gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu.
Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim
ki, məni vurdular, qapını bağlayın”.

Müsahibənin tam versiyasını təqdim edirik:


Source link