0b39261c-e3e6-48e5-ace7-f0385dbcb502..jpg

Felipe Santos: “Neftçi” finalın favoritidir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 412 dəfə baxılıb.

Felipe Santos: “Neftçi” finalın favoritidir” – MÜSAHİBƏ

“Neftçi” finalın favoritidir”.

Bunu “Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santos APA-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Mövsüm başa çatsa da, “Qəbələ” üçün davam edir. Psixoloji və ya fiziki
yorğunluq var?

– Çox gərgin bir mövsüm idi. Bizim üçün sadəcə kubokun finalında oynamaq tələb
olunur. Bir çox oyunçular artıq öz ölkələrində olduqları halda, bizim komandada
olanlar finala köklənib. İndi yorğunluq yoxdur. Kuboku qazanmaq arzusundayıq.
Ona görə də, yorğunluqdan söhbət gedə bilməz.

– Sonuncu turda “Kəpəz”lə bərabərə qalaraq avrokuboklara vəsiqəni təmin
etdiniz. Artıq rahatsınız? Məqsədiniz bu idi?

– Əvvəldən həmişə deyirdim ki, məqsəd komandanı çempionat yolu ilə Avropaya
aparmaq idi və biz bunu bacardıq. İndi final oyunu mükəmməl mövsümü başa vurmaq
üçün tortun üzərində əskik olan kremdir.

– “Neftçi” ilə oyuna necə hazırlaşırsınız? Bu komanda barədə fikriniz necədir?
Rəqib bu mövsüm çox tənqid edildi, çox da yaxşı oynamadılar…

– “Neftçi” ölkənin böyük klublarından biridir. Heyətində çoxlu keyfiyyətli
futbolçuları var. Bilirik ki, final 90 dəqiqədir və keyfiyyətli oyunçuları var
ki, hər şeyi həll edə bilər. Qalib olsaq, hər şey dəyişə bilər. Ona görə də
kuboku qazanmaq üçün hər şeyi edəcəyik.

– “Neftçi” mövsümdəki uğursuzluqları unutdurmaq üçün ölkə kubokunu mütləq
qazanmaq istəyəcək. Matç onlara doğma olan stadiondadır. Bunun hər hansı mənfi
və ya müsbət yanları var?

– “Neftçi” finalın favoritidir. Onlar öz evlərində oynayacaqlar. Bu da onlar
üçün məsuliyyətdir. Mövsümün sonudur və biz bu fürsəti əldən buraxmaq istəmirik.

– “Qəbələ” artıq avrokuboklara vəsiqəni təmin edib. Bu mənada, final görüşünə
daha rahat çıxacaqsınız? Finalda sizin üçün həlledici və önəmli nə olacaq?

– Hansı komanda psixoloji və fiziki cəhətdən hazır olsa, kuboku qazanmağa daha
da yaxınlaşacaq. Bizim komandada matçın taleyini dəyişə biləcək oyunçular var.
Hər halda, final elə finaldır. Gərginliyi, ab-havası, atmosferi final oyununa
uyğun olacaq. Sona qədər oynayacağıq, necə alınacağını görəcəyik.

– Rəhbərlik kuboku qazanmağınız üçün yaxşı mükafat vəd edib?

– Rəqibdən asılı olmayaraq, biz kuboka sahib çıxmaq niyyətindəyik. Bunun üçün
də hazırlaşırıq. Komandamızda hər kəs bir-birinə inanır. Təbii ki, kuboku
qazansaq, mütləq mükafat alacağıq.

Source link