19e8bf2f-3924-49ad-9fd1-962ff7ac4183..jpg

FHN-in əməkdaşı: “Minatəmizləyən robotlar bir saata 1500 kvadratmetr ərazini təmizləyir”

Baxış sayı: 555 dəfə baxılıb.

FHN-in əməkdaşı: “Minatəmizləyən robotlar bir saata 1500 kvadratmetr ərazini
təmizləyir”

“GCS (Global Clearance Solutions) – 200” markalı, kənardan idarəedilən və
müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank
əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə
olunur”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin
(FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı
Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda
jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki çalovdan
ibarətdir.

A.Şükürlü həmçinin əlavə edib ki, ərazidə partlayış baş verdiyi anda robot
dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz
işinə davam edir:

“Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram
trotil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı
yalnız robotun qarşısındakı çalov zədələnə bilər, digər hissələr heç bir zədə
görmür”.

Source link