“Fibonaççi” oyunu yeni mövsümə başladı

“Fibonaççi” oyunu yeni mövsümə başladı

Baxış sayı: 2. 497 dəfə baxılıb.

Martın 29-da “Fibonaççi” oyununun yeni mövsümü start götürdü.

ÇıxışYolu.Com xəbər verir ki, hər həftə öz asudə vaxtlarını səmərəli keçirmək istəyən hər bir kəs, intellektual mübarizədə bir-birlərilə yarışmaq üçün bir yerə toplaşır, bu isə klassik viktorinalardan fərqli olaraq, sualların və qaydaların müxtəlifliyi baxımından oyunu daha həyəcanlı və baxımlı edir.

“Metropol” restoranında baş tutmuş dünənki oyunda hökm sürən həyəcan ÇıxışYolu.Com kollektivi üçün həm də “Fibonaççi” oyununda ilk dəfə iştirak etməsi ilə yadda qalıb.

Əgər biz əvvəllər bu oyun haqqında digər iştirakçıların və təşkilatçıların dilindən “Fibonaççi” oyununa informasiya dəstəyi verən sayt olaraq xəbər verirdiksə, dünən ÇıxışYolu.Com üzvləri intriqa və həyəcan dünyasını öz gözləri ilə gördülər. ÇıxışYolu.Com kollektivinin səkkiz üzvü ilk dəfə “Fibonaççi” oyununda iştirak etdilər və bu ona dəyərdi.

İlk növbədə, “Fibonaççi” oyununun komandasının nizamlı şəkildə təşkil etdiyi işi qeyd etmək istəyərdik . Dünən axşam “Metropol” restoranında baş verənlər, professionallar tərəfindən hazırlanıb.

İstirahət, əqli təlim, dostlarla ünsiyyət, dadlı yeməklər, içkilər və maksimal həzz bu oyunun əsas ünsürləridir.

Bir çox komanda üçün “Fibonaççi” oyunu artıq nəinki oyun, həm də müxtəlif mövzularda söhbət etmək, görüşlər keçirmək üçün daimi meydançadır. Bəzi şirkətlər hətta öz işçilərinin intellektual asudə vaxt keçirməsini təmin etmək üçün mövsümlük abunə əldə edirlər.

“Fibonaççi” oyununun məqsədyönlü auditoriyası – 30 yaşdan yuxarı qadın və kişilər, bank və sığorta sahəsinin, ağır və yüngül sənaye, kommersiya sahəsi və dövlət müəssisələrinin əməkdaşları, həkimlər, müəllimlər, bir sözlə, keyfiyyətli istirahət, xoş ünsiyyətə ehtiyac duyan və öz bilikləri ilə tanınmaq istəyən şəxslərdir.

İntellektual oyun səkkiz müxtəlif format və mövzudan ibarətdir. Suallar müxtəlif istiqamətləri və sahələri əhatə edir, dünyagörüşü, məntiqi düşünmə bacarığı, hərtərəfli biliklər və ümumi inkişaf mövzularını əhatə edir. Əsas ideya, əlbəttə ki, maraqlı asudə vaxt və iş gününün sonunda xoş anlar keçirməkdir.

İndiyədək uğurla 20 daimi və korporativ oyunlar, bir sıra “tim bildinq” və korporativ tədbirlər keçirilib.

Ümumilikdə, bu oyun layihəsi çərçivəsində 500 nəfərədək üzvü olan 60-a yaxın komanda, daimi tədbirlərdə isə 150 nəfərədək iştirakçısı olan auditoriya cəlb edilib.

Xatırladaq ki, oyunlar hər cümə axşamı, saat 20.00-da keçirilir.

Əli Məmmədov
www.ÇıxışYolu.Com