“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqinə baxıb

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqinə baxıb

Baxış sayı: 3. 227 dəfə baxılıb.

“Fitch Ratings” Agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini yenidən qiymətləndirib.

ÇıxışYolu.Com xəbər verir ki, agentlik İpoteka və Kredit Zəmanət Fondunun uzunmüddətli xarici və milli valyutada defolt reytinqini “BB+” səviyyəsində  təsdiqləyib, proqnozunu isə “neqativ”dən “stabil”ə yüksəldib.

Fondun reytinq üzrə proqnozunun dəyişməsi Azərbaycan Respublikasının ölkə reytinqinin dəyişməsi ilə əlaqədardır və Fondun dövlətlə sıx əlaqəsinin davam etməsini əks etdirir. 

Bildirilir ki, təsis olunduğu vaxtdan etibarən Fond dövlətdən davamlı maliyyə dəstəyi alır və Mərkəzi Bank tərəfindən Fondun emissiya etdiyi qiymətli kağızlara likvidlik dəstəyi verilir.

2017-ci ilin sonuna dövlət tərəfindən ayrılmış vəsaitlərin kumulyativ həcmi 366 milyon AZN təşkil edib.

2018-ci il üçün hökümət tərəfindən əlavə olaraq 100 mln. AZN məbləğində kapital dəstəyi və 200 mln.AZN məbləğində ipoteka istiqrazalrının emissiyası ilə bağlı Mərkəzi Bankın likvidlik dəstəyi müəyyən olunub.

Fondun yeni mandatına uyğun olaraq 2018-ci ilin dövlət büdcəsində sahibkarların banklardan aldıqları kreditlər üzrə hesablanmış faizlərinə subsidiyaların verilməsi məqsədilə əlavə 40 mln. AZN məbləğində vəsait ayrılıb.

“Fitch Ratings” Agentliyi ortamüddətli dövrdə də Fonda dövlət dəstəyinin davam edəcəyini düşünür. 

.
www.ÇıxışYolu.Com